29 Aprel 2024 23:24
Gürcüstanda “xarici agentlər” barədə qanun layihəsinin müzakirəsi parlamentdə yenə davaya səbəb olub.
Metbuat.az xəbər verir ki, “Avro-optimist” deputat Xatiya Dekanoidze “Xalqın Gücü” partiyasının deputatı Quram Maçaraşvilinin başına su butulkası atıb. Maçaraşvilinin müxalifət deputatı “satqın” adlandırması Dekanoidzeni qıcıqlandırıb.