19 Aprel 2024 16:20
Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.
Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə “Bugatti” avtomobilini hədiyyə edib.
Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra “Bu, sizə kiçik hədiyyəmdir” sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib:
“Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun”.