METBUAT.AZ

Ölkə

Hacı Şahinin sosial media hesablarına qarşı haker hücumu başladı -

5 Aprel 2024 21:53

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin “Youtube” səhifəsi oğurlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə mərhumun “Facebook” səhifəsində məlumat paylaşılıb. Məlumatda qeyd olunub ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır:

“Əziz dostlar! Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”.


metbuat.az.