24 Aprel 2024 22:19
İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi.
Metbuat.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını bildirib: "Çoxlu qol vəziyyətləri oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim".
Monteneqrodan olan baş məşqçi komandasının yaxşı müdafiə oluna bilmədiyini söyləyib: "Bu istiqamətdə işləyirik. Qarşıda beş oyun var. Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq".