METBUAT.AZ

Ölkə

İmran Abdullayev vəfat etdi -

1 Aprel 2024 14:23

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev vəfat edib.

Metbuat.az xəbər verir ki, İmran Abdullayev 1950-ci il fevralın 16-da Salyan şəhərində anadan olub. 1958-1968-ci illərdə Salyan şəhər 2 saylı orta məktəbdə oxuyub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1978-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda çalışıb. Onun fəaliyyəti 1983-cü ildən BDU ilə bağlı olub. İmran Abdullayev 1983-1992-ci illərdə BDU-nun Hesablama Mərkəzində qrup müdiri, 1992-1994-cü illərdə Universitetin Tətbiqi Riyaziyyat İnstitutunda direktor müavini, 1994-cü ildən Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti, 2022-ci ildən müdiri işləyib.

2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.

İmran Abdullayev hidrometeorologiya, okeanoloji proseslərin riyazi modelləşməsi, Xəzərin ekoloji problemləri üzrə dəyərli alimlərdən idi.

BDU kollektivi İmran Abdullayevin vəfatı ilə bağlı dərindən kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


metbuat.az.