1 May 2024 03:10
İngiltərə Çempionşipində cari mövsümün başa çatmasına bir tur qalmış 97 xalla çempionluğu təmin edən “Lester Siti” komandası rekorda imza atıb.
Metbuat.az xəbər verir ki, “tülkülər” 8-ci dəfə aşağı liqanın qalibi olmaqla, daha əvvəl 7 dəfə bu uğuru qazanan “Mançester Siti”ni üstələyiblər. Çempionşip tarixində “Norviç”, “Sanderlend” və “Şeffild Uensdey” isə hərəyə 5 dəfə çempionluq sevinci yaşayıblar.
Lester klubu 1 illik fasilədən sonra Premyer Liqaya vəsiqə qazanıb.