METBUAT.AZ

Dünya

İsrail hava məkanını açdı

14 Aprel 2024 09:52

İsrail hakimiyyəti hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

“Təhlükəsizlik xidmətlərinin göstərişinə uyğun olaraq, yerli vaxtla səhər saat 07:30-a İsrail Dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - deyə məlumatda qeyd edilib.


metbuat.az.