METBUAT.AZ

Dünya

İsrail İrana

19 Aprel 2024 09:13

İsrail ordusunu İran ərazisindəki obyektə zərbələr endirib.

Metbuat.az xəbər verir ki, bununla bağlı ABC telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb. Lakin rəsmi Suriya və İraqdakı hədəflərin də hədəf olub-olmadığını təsdiqləməyib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.


metbuat.az.