METBUAT.AZ

Dünya

İsrail Livandakı "Hizbullah" mövqelərinə zərbələr endirdi

14 Aprel 2024 01:23

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib.

Metbuat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb. “Cavab olaraq, ordunun qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib”, - açıqlamada deyilir.


metbuat.az.