METBUAT.AZ

Dünya

İsrailin İranın konsulluğunu bombalanması nəticəsində azı 5 nəfər həlak oldu

1 Aprel 2024 22:14

İsrailin Suriyanın paytaxtında Dəməşqdə İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində aralarında İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Rza Zahidi də olmaqla azı 5 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat verib. Bildirilir ki, generalla yanaşı onun müavini də həlak olub. Zahedi Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır.

İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri bildirib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb ola bilər.

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.


metbuat.az.