5 Aprel 2024 09:06
ABŞ-nin Kaliforniya ştatının şimalında zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 4,5 olub.
Zəlzələnin episentri ştatın Belden yaşayış məntəqəsindən 6 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.