METBUAT.AZ

İdman

Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest

9 Aprel 2024 14:59

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov «Qəbələ» azərkeşlərini sevindirib.

Metbuat.az xəbər verir ki, Londonda yaşayan fəxri prezident kluba maliyyə dəstəyini davam etdirəcəyini bildirib.

Gənc biznesmen Premyer Liqada çətin günlər yaşayan «qırmızı-qaralar»ı I Liqada da tək buraxmayacaq.

Tale Heydərov «Qəbələ»yə 1 milyon manat vəsait ayırıb.

Qeyd edək ki, region təmsilçisi hazırda 16 xalla Premyer Liqanın sonuncusudur. Qəbələlilər ondan 1 üst sıradakı «Kəpəz»dən 14 xal geri qalır.


metbuat.az.