5 Aprel 2024 11:35
Turş dada malik olan kivinin tərkibində yüksək miqdarda C vitamini mövcuddur. Az kalorili olduğu üçün arıqlamaq istəyənlər üçün ideal meyvə olan kivinin bir çox faydaları mövcuddur.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kivinin faydaları aşağıdakılardır:
Kivi həzm sistemini yaxşılaşdıraraq bağırsaqdakı proteinləri parçalayan fermentlərə sahibdir.
Kividə olan C vitamini astma xəstələrində xırıltılı tənəffüs simptomlarını yüngülləşdirməyə yardım edir. Bu, əsasən uşaqlar üçün faydalıdır.
Kivi gözlərə faydalıdır. Meyvənin tərkibindəki "zeaksantin" və "lutein" gözləri A vitamini ilə təmin edir.
Çox az kaloriyə sahib olan kivinin tərkibində az miqdarda yağ var. Odur ki, kivi çəki atmaq istəyənlər üçün faydalı meyvədir.