METBUAT.AZ

Ölkə

Köhnə ​"Prius” sahiblərinə müjdə: Satmağa tələsməyin -

19 Aprel 2024 21:42

“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır. Bəs ucuzlaşma nə qədər davam edəcək?

Metbuat.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin qiyməti bazara çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək: “Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı 6 ay və 1 il davam edəcək. Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.

Ətraflı Baku tv-nin sujetində:



metbuat.az.