9 Aprel 2024 09:02
"Kriptovalyutalar investisiya aləti kimi kifayət qədər riskli aktivlərdi. Lakin riskli olmasına baxmayaraq kriptovalyutalar investorlar üçün gəlirlilik baxımından çox yaxşı aktivə çevrilməyi bacarıb. Son aylarda sürətlə dəyər qazanan bitkoin bir çox investorlar üçün artıq çox bahadır, odur ki, onlar qiyməti nisbətən aşağı olan lakin daha prespektivli altkoinlərə investisiya etməyə üstünlük verməyə çalışırlar. Bu istiqamətdə yeni kripto-investorların diqqət etməli olduğu məqamlar var".
Bu sözləri Metbuat.az-a açıqlamasında kriotpvalyuta üzrə ekspert Elnur Quliyev deyib.
Ekspert bildirib ki, bu sektora yatırım etmək qərarına gələnlər qətiyyən vaxtı gecikdirməməlidir.
"İkincisi, çalışın üzünmüddətli mövqedə yatırım planı qurun və investisiya portfelinizi mütləq şəkildə diversifikasiya edin. Yəni, investisiyanızı bir və ya iki aktivdə saxlamayın. Tövsiyyə edərdim ki, investisiya portfelinizi: 40%-ni bitcoin/ethereum, 40%-ni özünü doğrultmuş prespektivli altkoinlərdə (Matic, Arbitrum, Agix, Chainlink, Algorand, İoTex, Gala, İMX, Near, GRT, Sand, Enjin, CHZ, İota, Tezos və s.), 20%-ni isə nisbətən daha riskli lakin yüksək gəlir vəd edən rəqəmsal aktivlərdə (mem koinlər – Dogecoin, Pepe, Floki, Bome və s.) saxlamağınız daha effektiv olar. Altkoinləri seçərkən diqqətli olun, hərtərəfli analiz edin və hissləriniz ilə qərar verməyin. Bazar kapitalizasiyası 500 milyon dollardan az olan altkoinlər xüsusilə riskli hesab edirəm. Əsas məqam odur ki, siz investisiya etdiyiniz zaman konkret aktiv üzrə fundamental faktor və texniki analiz üst-üstə düşsün. Çünki, kriptovalyuta bazarında hər zaman kəsiyinin öz “ulduz kriptovalyutaları” olur. Yəni, investisiya qərara verdiyiniz an və investisiya etdiyiniz zaman fəqrində kriptovalyutanın dəyəri kəsin qalxa və ya enə bilər".
Onun sözlərinə görə, rəqəmsal aktivlərə investisiya etdikdən sonra onların təhlükəsizliyindən əmin olmaq lazımdır.
"Bunu təmin etmək üçün aşağıdakı mühüm qaydalara əməl edilməlidir. Asan və sadə parollardan istifadə etməyin. Çalışın 1 parolda eyni zamanda böyük və kiçik həriflər, rəqəmlər və əlavə simvol olan mürrəkkəb kombinasya olsun, elektron cüzdan və ya birja hesablarınız üzrə parolları paralel olaraq yazılı formada da saxlayın. İki faktorlu autentifikasiyadan (2FA) istifadə edin. Bu, başqası sizin parolunuzu əldə etsə belə, hesablarınıza icazəsiz girişin qarşısını almağa kömək edəcək. Fişinq fırıldaqlarından ehtiyatlı olun. Yəni, şübhəli sayt və e-poçtlardan sizə gələn linklərə daxil olaraq şəxsi məlumatlarınızı paylaşmayın".
Seyranə Quliyeva / Metbuat.az