METBUAT.AZ

Ölkə

Küçəyə atılan professorun problemi belə həll edildi

1 Aprel 2024 20:38

Beş gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Metbuat/az xəbər verir ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Professor yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən bir neçə gün öncə ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.


metbuat.az.