25 Aprel 2024 11:27
Limon sitrus meyvələri arasındadır. Saç sağlamlığından dəri baxımına qədər müxtəlif sahələrdə istifadə edilən limon yeməklərə ləzzət qatmaqla yanaşı, soyuqdəymə, yüksək təzyiq və artrit kimi bir çox xəstəliyin müalicəsində də köməkçi ola bilər.
Metbuat.az xarici mediaya istinadən limonun faydalarını təqdim edir:
- Daimi istifadə edildikdə arıqlamağa kömək edir.
- Tərkibindəki C vitamini immuniteti gücləndirir. Soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklərin müalicəsinə əlavə olaraq istifadə edilə bilər.
- Limon suyu tərkibindəki sitrat sayəsində böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Böyrək sağlamlığını dəstəkləyir.
- Dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır.
- Kollagen sintezini dəstəklədiyi üçün dəri sağlamlığı üçün faydalıdır.
- Bədəndən toksinləri və ödemi çıxarmağa kömək edir.
- Həzm sistemini düzəltməyə kömək edir.
- Qaraciyər funksiyalarının işləməsini dəstəkləyir.
- Su istehlakını asanlaşdırır.
- Ürək-damar xəstəliklərinin qarşısının alınmasında rol oynayır.
Limonun tərkibində olan "narengin" adlı antioksidant və iltihab əleyhinə maddələr çox faydalıdır. Tərkibindəki alkaloidlər sayəsində xərçəng və bakterial infeksiya ilə mübarizə aparmağa kömək edir.