METBUAT.AZ

İdman

​“Mançester Siti”də üsyan -

2 Aprel 2024 11:28

“Mançester Siti” azarkeşləri Premyer Liqada “Arsenal”la oyunda rəhbərliyə etiraz ediblər.

Metbuat.az xəbər verir ki, azarkeşlər klubun bilet qiymətlərini qaldırmaq qərarına üsyan ediblər. Məlumata görə, ötən mövsüm tarixində ilk dəfə Premyer Liqada trebl əldə edən "Mançester Siti" rekord qazanc əldə etdiyini açıqlayıb. Lakin Britaniya nəhəngi maliyyə və idman uğurlarından sonra bilet qiymətlərini artırıb.Premyer Liqanın 30-cu həftəsində “Etihad” stadionunda keçirilən matçda “Mançester Siti” azarkeşləri rekord qazanc əldə etdiyini açıqlayan klubun bilet qiymətlərinin artırılmasına etiraz ediblər.

“Arsenal” matçı zamanı “Mançester Siti” azarkeşləri pankart açıblar. Azarkeşlər tərəfindən açılan pankartda "Rekord mənfəət, amma rekord qiymətlər. Bizim sadiqliyimizdən istifadə etməyi dayandırın" deyə yazılıb.

Qeyd edək ki, “Mançester Siti” yeni mövsümdə bilet qiymətlərində 5 faiz artım olacağını bildirmişdi.


metbuat.az.