23 Aprel 2024 10:58
Bakı Apellyasiya Məhkəməsində “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
Metbuat.az-ın məlumatına görə, məhkəmədə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətə azadlıqdan məhrum edilib.