METBUAT.AZ

İdman

Məşhur "El Classico" axşam bu kanalda yayımlanacaq

21 Aprel 2024 15:01

İspaniya “La Liga”sının Azərbaycanda rəsmi yayımçıları olan REAL TV və TVNET SPORT bu axşam saat 22.55-də “Real Madrid” – “Barselona” oyununu yayımlayacaqlar.

Metbuat.az xəbər verir ki, bu barədə REAL TV-dən məlumat verilib.

Qeyd edək ki, REAL TV “La Liga”nın rəsmi yayımçısı olaraq hər həftə TVNET SPORT ilə birgə yayımda İspaniya çempionatının 2-3 oyununu yayımlayır.

TVNET SPORT isə hər həftə “La Liga”nın 10 oyununu canlı yayımlayır.


metbuat.az.