6 Aprel 2024 18:04
19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Metbuat.az xəbər verir ki, Azərbaycan millisi II turun matçına çıxıb.
Oyunları Latviyada keçirilən B liqasının 4-cü qrupunda mübarizə aparan Həbib Ağayevin yetirmələri Bolqarıstanla qarşılaşıblar. İlk oyununda Monteneqroya 0:4 hesabı ilə uduzan millimiz bu dəfə də meydandan xalsız ayrılıb.
Qeyd edək ki, II turun digər matçında Monteneqro Latviya ilə üz-üzə gələcək.
19 yaşadək qızlar arasında AVRO-2025-in seçmə mərhələsi
B liqası, IV qrup
II tur, 6 aprel
14:00. Bolqarıstan – Azərbaycan – 1:0
Qol: Preslava Yordanova, 11
1 | Bolqarıstan | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Monteneqro | 1 | 1 | 0 | 0 | 4-0 | 3 |
3 | Latviya | 1 | 0 | 0 | 1 | 1-4 | 0 |
4 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0-5 | 0 |