METBUAT.AZ

İdman

Millimiz Macarıstanla bərabərə qaldı

6 Aprel 2024 01:43

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.

Metbuat.az xəbər verir ki, millimiz Macarıstanın Szeged şəhərindəki “Szent Gellert Forum” stadionunda Macarıstan yığması ilə qarşılaşıb.Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da “Dalğa Arena”da İsveçrə yığmasına qarşı keçirəcək.


metbuat.az.