METBUAT.AZ

Siyasət

Misir Azərbaycan-Ermənistan razılaşmasını alqışlayıb

24 Aprel 2024 13:48

Misir Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

Metbuat.az xəbər verir ki, rəsmi bəyanatda Misir Xarici İşlər Nazirliyi bu razılaşmanın müsbət irəliləyiş olduğunu bəyan edib.

Nazirlik bu mühüm addımı yüksək qiymətləndirərək, hər iki tərəfi sülh sazişinin əldə edilməsi üçün etimadı artıran yeni addımlar atmağa çağırıb.


metbuat.az.