METBUAT.AZ

Hadisə

Model Kəmalə Həsənova faciəvi şəkildə öldü -

26 Aprel 2024 11:48

Bakıda gənc qız dəm qazından boğulub.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


metbuat.az.