METBUAT.AZ

Siyasət

Mövlud Çavuşoğlu Heydər Əliyevin məzarını

4 Aprel 2024 11:11

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Metbuat.az xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq.


metbuat.az.