METBUAT.AZ

Şou

Müğənni həbsxanadakı evliliyindən danışdı -

18 Aprel 2024 22:24

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək”.

Metbuat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib.

İfaçı həbsxanadakı evliliyindən söz salıb:

"Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam. Harada? Bu, artıq ikinci sualdır. Heç kimin bacarmadığı addımları atmışam. Peşman da deyiləm. Evliliyim aşağı-yuxarı bir il üç ay sürdü. İndiki düşüncədə olsaydım, yenə də eynisini edərdim”.


metbuat.az.