METBUAT.AZ

Siyasət

Müharibə olsa, Azərbaycanda bu problem yarana bilər -

15 Aprel 2024 15:03

"İran-İsrail münaşiqəsində Azərbaycanın tutduğu mövqe bəllidir. Azərbaycan tərəflərin münaqişəyə cəlb olunmaması, münasibətlərin normal məcrada davam etdirilməsinin tərəfdarıdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, Errmənistan Azərbaycan arasındakı münaqişə dövründə İranın tutduğu mövqe fərqli olmuşdur.

"İran və İsrail arasında baş verən hər hansısa bir gərginlik müharibəyə çevrilsə, bunun Azərbaycana hər hansısa bir müsbət təsiri olmayacaq. Çünki, İranda baş verə biləcək istənilən gərginlik, qarşıdurma, İrandan Azərbaycana qaçqın axınını sürətləndirəcək. Bu, çox ciddi təhdid yarada bilər".

Ekspert qeyd edib ki, belə olan halda miqrasiya problem yarada bilər.

"Müharibənin başlaması qaçqın böhranı yarada bilər. İkinci tərəfdən isə ölkədə qeyri-stabil vəziyyət yarana bilər. Çünki, İranın dəstək verdiyi terrorçu qruplaşmalar var. İran-İsrail münasibətlərinin gərginləşməsi Azərbaycana heç bir fayda verməyəcək. Əksinə, bu münasibətlərin gərginləşməsi iqtisadi, siyasi və hərbi baxımdan ciddi mənfi təsir göstərə bilər".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.