8 Aprel 2024 12:03
Ötən gün Türkiyə Super Kuboku matçında "Fənərbağça"nın meydanı tərk etməsindən sonra "Qalatararay"ın ulduzu Mario İkardinin xanımı, model Vanda Naranın paylaşımı gündəm olub.
Metbuat.az xəbər verir ki, "Fənərbağça"ça meydanı tərk etdikdən sonra model özünün sosial media hesabında oyundakı yeganə qolun görüntüsünü paylaşaraq qeyd edib:
"Futbol cəsurlar üçündür. Çempionlar, təbriklər".
Qeyd edək ki, ötən gün "Fənərbağça" Türkiyə Super Kuboku çərçivəsində "Qalatasaray"a qarşı keçirilən oyun 19 yaşlılardan ibarət heyətlə çıxıb. Oyunun 1-ci dəqiqəsində İkardinin qolu ilə hesab açılıb. Daha sonra "Fənərbağça" meydanı tərk edib.