METBUAT.AZ

Ölkə

Nasaz avtomobil tıxaca səbəb oldu -

22 Aprel 2024 09:30

Nərimanov rayonu, Ziya Bünyadov prospekti “Xutor” tunelində texniki nasaz avtomobil yolda qalıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyati İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.


metbuat.az.