METBUAT.AZ

Ölkə

Nazir canlı yayım açan rəis müavinini işdən çıxardı -

3 Aprel 2024 18:06

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb.

Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub.

Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir.


metbuat.az.