METBUAT.AZ

İdman

“Neftçi”nin futbolçuları “Qarabağ”la oyunu

2 Aprel 2024 11:42

“Neftçi”nin iki futbolçusu Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”la keçiriləcək ev matçını buraxacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş Ağdam təmsilçisi ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.


metbuat.az.