METBUAT.AZ

İdman

Nicat Abasov ABŞ şahmatçısı ilə üz-üzə gələcək

5 Aprel 2024 10:44

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, 28 yaşlı qrossmeyster II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək.

O, bu dəfə qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə, Karuana isə ABŞ-nin digər şahmatçısı Hikaru Nakamura ilə heç-heçə edib - 0,5:0,5.

Bu gün həmçinin Hikaru Nakamura - Santoş Vidit (Hindistan), Rameşbabu Praqnanandha - Dommaracu Qukeş (hər ikisi hindistan), Yan Nepomnyaşi (FIDE) - Əlireza Firuzca (Fransa) görüşləri də baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


metbuat.az.