16 Aprel 2024 10:23
"Gərginliyin həmişə artma ehtimalı var. Nəzərə alsaqki, bu ilk dəfə İranın İsrailə birbaşa hücumudur. Netenyahu hökumətidə faktiki olaraq İranla müharibəyə başlamaq istəyir. Qərb koalisiyasını, Böyük Britaniya və Amerikanı yanına alıb, İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək istəyir. Bunun üçündə bəhanə axtarır. Ona görə belə bir bəhanə əldə edib, İsrail nümayəndəsi bunu BMT –yə, C-7 samiitinə çıxarmaq istəyirlər".
Metbuat.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, ABŞ İranla müharibənin qəti əleyhinədir:
"Onlar Netenyahu hökumətinnin heç bir halda İranla müharibəyə başlamasını istəmirlər. Burada görünür ki, İran tərəfidə müəyyən qədər limitlər çərçivəsində addım atır.
Hücumdan sonra İran açıq şəkildə bildirdi ki, bu İsrailin Dəməşqdəki İran konsulluğuna olan hücumun cavabıdır. Bundan sonra İsrail belə halları davam edərsə, İran çox qəti cavab verəcəyini bildirib. İran rəsmiləri bununla BMT-nin 51-ci maddəsinə əsasən özünü müdafiə üstünlüklərini sübut etdilər. Dünya ictimaiyəti önündə hücumu davam etdirməyəcəklərini söz verdi.
Politoloq qeyd edib ki, İran bu cür çıxışla ABŞ və Britaniyanı razı salmağa çalışdıki, bu ölkələr İsrailin yanında onlara qarşı hücumu davam etməsinlər:
"İsrail hömuməti İrana yeni zərbələr endirərsə, münaqişə alovlana bilər. Və sonunda nüvə müharibəsinə qədər irəlliləyə bilər. Nəzərə alsaq ki, İsraildə nüvə silahı var. Həm İran nüvə silahı üzərində işləyir. Ona görə bu münaqişənin davam etdirilməsi, həm regional sülhə mənfi təsir edə bilər. Həm də qlobal nüvə müharibəsinə çevrilə bilər".
Seyranə Quliyeva / Metbuat.az