6 Aprel 2024 10:40
ABŞ-nin Nyu-York şəhəri yaxınlığında zəlzələ olub.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 4 bal olub.
Təkanların episentri Nyu-Cersi ştatının Qladstoun şəhərindən 7 km kənarda, zəlzələ ocağı 9,4 km dərinlikdə yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.