METBUAT.AZ

İdman

Otel rəhbərliyi Ronaldonun yatdığı çarpayı ilə bağlı qəribə qərar verdi -

3 Aprel 2024 09:45

Kriştiano Ronaldonun Sloveniyanın Portuqaliyanı məğlub etdiyi matç üçün qaldığı oteldə yatdığı çarpayı baha qiymətə satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, ötən həftə yoldaşlıq görüşündə Sloveniya Portuqaliyanı 2:0 hesabı ilə məğlub etdiyi oyun üçün Portuqaliya komandası Lyublyanadakı “Grand Plaza” otelində qalıb. Məlumata görə, Kriştiano Ronaldonun oteldə yatdığı çarpayı satışa çıxarılıb. Sloveniyalı azarkeşlər hava limanında və portuqaliyalının qaldığı oteldə Kriştiano Ronaldonun imzasını ala bilməyiblər.

Otel rəhbərliyi azarkeşlərin marağını nəzərə alaraq, portuqaliyalı ulduzun çarpayısını beş min avrodan başlayan qiymətə hərracda satışa çıxarıb. Çarpayıdan əlavə, xüsusi hazırlanmış CR7 temalı suvenirlər də satışa çıxarılıb. Otel rəhbərliyi əldə edilən bütün gəliri xeyriyyə işlərinə bağışlayacağını açıqlayıb.


metbuat.az.