5 Aprel 2024 10:46
ABŞ-nin İndiana ştatında yaşayan Riçard Makkini minlərlə müsəlmanın qətlə yetirildiyi Əfqənıstan və İraq müharibələrində iştirak edib.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, hərbiçi olarkən müsəlmanlara bəslədiyi nifrət hissi ölkəsinə qayıtdığı zaman daha da şiddətlənib. O, 200 müsəlmanı öldürməyi düşünüb. Makkini bildirib ki, kəşfiyyat fəaliyyəti üçün məscidə yollandığı zaman bu addımın onun həyatını dəyişdirəcəyini təsəvvür etməyib:
"Məscidə girdiyim zaman özümü İslam dinini öyrənmək istədiyim biri olaraq tanıdım. O qədər cana yaxın davrandılar ki, məni qucaqladılar, yemək hazırladılar, bütün suallarımı cavabladılar".
O hücumu planlaşdırmaq üçün getdiyi məsciddə 2 aydan sonra İslam dinini qəbul edib. Bir neçə ildən sonra isə sözügedən yerdəki İslam mərkəzinin rəhbəri olub.
"Öz-özümə düşünəndə deyirəm ki. bu ilahi mesajdır. Rəbbim məni qaranlıqdan çəkdi və xilas etdi" - deyə o, bildirib.