1 Aprel 2024 11:39
Paytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.