23 Aprel 2024 09:00
Bakının bir sıra yollarında tıxac yaranıb.
Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal - hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Zərifə Əliyeva küçəsində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
13. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
15. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.