METBUAT.AZ

Sosial

Pensiya və maaşlar nə vaxt artacaq? -

5 Aprel 2024 12:12

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən gün bildirib ki, Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.

Metbuat.az-ın məlumatına görə, nazir əlavə edib ki, sosial sahədə əldə olunan nəaliyyətlərlə kifayətlənmək olmaz, həyat davam etdikcə, yeni çağırışlar ortaya çıxır. O həmçinin deyib ki, minimum pensiya və əmək haqqının artırılması davam edəcək.

ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov arb tv-yə açıqlamasında artımların nə zaman baş tutacağı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, pensiyaların indeksləşdirilməsi prosesi orta illik inflyasiya göstəricilərinə uyğun reallaşdırılır:

"O ki qaldı maaşlarda artımlara, bununla bağlı ilk növbədə ölkə başçısı tərəfindən sərəncamlar verilməlidir. Lakin son illər ölkə başçısı üçün bu artımlar prioritet təşkil edir. Fikrimcə, biz bu il də həmin artımların şahidi ola bilərik. Ardıcıl artımların həyata keçirilməsi müvafiq sərəncama bağlı olan məsələdir".


metbuat.az.