METBUAT.AZ

Sosial

Pensiyaların məbləğində artım olacaq? -

5 Aprel 2024 12:32

Bu ilin dövlət büdcəsi xərclərinin 43 faizi sosial yönümlü xərclərə sərf edilməsi nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, büdcə xərclərinin demək olar yarısı sosial sahəni əhatə edir:

"Sosial sahədə davamlı islahatlar həyata keçiriləcək. İnanırıq ki, cari və növbəti illərdə də sosial ödənişlərin məbləğlərində artımlar ediləcək. Bununla bağlı öncədən məlumat vermək düzgün olmazdı".


metbuat.az.