METBUAT.AZ

Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir

25 Aprel 2024 22:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.

Metbuat.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


metbuat.az.