METBUAT.AZ

Elm və Təhsil

Professor Əkbər Əliyev vəfat etdi -

21 Aprel 2024 12:21

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib.

Bu barədə mərhumun yaxınları Metbuat.az-a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika Institutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də dünyasını dəyişib. Ailə üzvlərinin verdiyi məlumata görə, alim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.



metbuat.az.