METBUAT.AZ

Maraqlı

Pulu hər şeydən çox sevirlər -

18 Aprel 2024 16:13

Pulu bütün insanlar sevsələr də, bəzi insanlar üçün o ikinci dərəcəli, bəziləri üçün isə əsas hədəf olur.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, astroloqlar Balıqlar, Şir və Əqrəb bürclərinin maliyyə məsələlərində digərlərindən daha fərqli yanaşmaya sahib olduqlarını düşünürlər.

Balıqlar - xüsusən bu bürc altında doğulan kişilər daha qənaətcil, pula bağlı olurlar. Onlar üçün pul insanlarla olan münasibətlərdən daha önəmlidir. Odur ki, adətən əsas öncəlikləri pul qazanmaq uğrunda mübarizə olur. Onlar həm qazanmağı, həm də yığımcıl olmağı sevirlər.

Şir - onlar simic deyillər, lakin pul onlar üçün hər şeydir. Səbəb isə sadədir - onlar yalnız bu yolla hədəflərinə çata biləcəklərini başa düşürlər. Əgər həyatınızda bir Şir olacaqsa, cibiniz dolu olmalıdır, əks halda münasibətiniz bir müddətdən sonra pozulacaq.

Əqrəb - pulu sevən bürclər arasında Əqrəb də var. Onlar pul qazanmağı sevirlər, lakin pulu ancaq təlabatlarını ödəmək üçün xərcləyir, əyləncəyə çox pul sərf etmirlər. Onların pul qazanmasına mane olsanız, sizi rahatlıqla həyatlarından çıxaracaqlar.


metbuat.az.