2 Aprel 2024 23:39
“Fənərbaxça” klubunun növbədənkənar ümumi yığıncağında keçirilən səsvermə nəticəsində 4 məsələ barədə qərar qəbul edilib.
Metbuat.az xəbər verir ki, səsvermə nəticəsində aşağıdakı məsələlər üzrə tam səlahiyyətlərin idarə heyətinə verilməsi qərara alınıb.
1- Uyğun tarixə təxirə salınmaması və ya xarici hakimin cəlb edilməməsi halında 2023-cü il Superkubok yarışında iştirak etməmək və ya 19 yaşadək futbolçulardan ibarət komanda ilə iştirak etmək.
2-Növbəti mövsümdən başlayaraq 2 mövsüm Türkiyə Kubokunda iştirak etməmək və ya növbəti 2 il ərzində 19 yaşadək futbolçulardan ibarət komanda ilə Türkiyə Kubokunda iştirak etmək.
3- Türkiyədəki futbol fəaliyyətimizlə bağlı veriləcək qərarlardan asılı olmayaraq, xaricdə formalaşmaq üçün lazımlı yol xəritəsini təyin edib həyata keçirmək.
4- Türk futbolunun çatdığı dayanıqsız nöqtəyə görə lazımi tədbirlərin görülməsi üçün UEFA və FİFA-nın müvafiq idarə heyətinə müraciət etmək.