3 Aprel 2024 16:11
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspor" və “Fənərbaxça” ilə bağlı qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, bu barədə TFF İntizam Komitəsi məlumat yayıb.
“Fənərbaxça”nın 2 futbolçusu - Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza verilməyib.
"Trabzonspor" isə qarşıdakı 6 matçı azarkeşsiz keçirəcək. "Trabzonspor"un məşqçisi Egemen Korkmaz da bir görüşdə texniki zonada yer almayacaq.
Qeyd edək ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.