9 Aprel 2024 11:26
“Qarabağ”ın İFFHS-in dünya reytinqində keçdiyi klubların siyahısı bəlli olub.
Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 14 komandanı arxada qoyub.
Bu klublar “Mançester Yunayted”, “Brayton” (hər ikisi İngiltərə), “Marsel” (Fransa), “Yuventus”, “Napoli” (hər ikisi İtaliya), “Korintians”, “Atletiko Mineyro” (hamısı Braziliya), “Reyncers” (Şotlandiya), “İndependente”, “Milyonarios” (hər iksi Kolumbiya), “Kopenhagen” (Danimarka), “Sevilya” (İspaniya), “Gent” (Belçika), “Slaviya”dır (Çexiya).
Adlı-sanlı klublardan “Mançester Yunayted” 47-ci yerdən 65-ə, “Yuventus” 34-dən 69-a yuvarlanıb. “Napoli” 53-cü, “Sevilya” 63-cüdür. Lakin “Frayburq” Azərbaycan çempionunu keçib. Almaniya klubu 68-ci yerdən 44-cüyə sıçrayıb.
Qeyd edək ki, “Qarabağ” 176,75 xalla dünyanın 48-ci komandasıdır.