METBUAT.AZ

İdman

“Qarabağ” və “Zirə” ikinci dəfə finalda

25 Aprel 2024 10:50

Azərbaycan Kubokunun 2023-2024-cü illər mövsümündə finala yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.

Metbuat.az xəbər verir ki, bu komandalar 2021-2022-ci illər mövsümündə də finalda qarşılaşıblar.

Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.


metbuat.az.