25 Aprel 2024 15:08
“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.
Metbuat.az xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.
Əməliyyat uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Ülvi İsgəndərov “Qəbələ”nin heyətində son matçını martın 9-da “Sabah”a qarşı keçirib.