METBUAT.AZ

Siyasət

Qərb indi də Cənubi Qafqazda oyun oynayır -

5 Aprel 2024 11:10

"Fransanın İrəvandakı səfiri Olivye Dekotti beynəlxalq normaları pozmaqla hünər iş görürmüşlər kimi deyir ki, “Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir”. Deməli, birbaşa etiraf edirlər ki, Cənubi Qafqazda ikinci cəbhə yaradırlar. Ermənistanı dəstəkləməklərinin səbəbini də onunla əsaslandırırlar ki, özünü müdafiə etsin. Sual olunmalıdır ki, kimdən və nədən? Qırmızı xəttiniz olaraq elan etdiyiniz və məhz digər regionlarda da bu səbəblə ala-yarımçıq dəstək verdiyiniz ölkələrin ərazi bütövlüyü məsələsindən Azərbaycanın ərazi bütövlüyü heç də fərqlənmir. Yəni, ərazi işğalı həyata keçirən Ermənistan, Ermənistanın Azərbaycanı bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qoymasını görməzdən gələn siz, minalanmaya səssiz qalan, Ermənistana təzyiq etməyən, bu işdə bizə dəstək görməyən də siz. Qərb utanmır, hələ üstəlik indi də Cənubi Qafqazda Qafqazla oynayır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan proseslərə rəqabət üzərindən deyil, öz maraqları və prioritetləri üzərindən yanaşır:

"Qərbin Peter Stano, Metyu Miller, Antoni Blinken, ən sonda isə zənan xəylağını qabağa verməkləri arxadan atılan daş, kürəkdən sancılan bıçaqdır. Elə aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngində Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirməsi kimi. Bunlar nəinki regiona müdaxilə edirlər, dövlətlərin daxili işlərinə də qarışırlar. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində elə bir konyuktura formalaşdırılıb ki, Qərbin Azərbaycana qarşı münasibətində belə vahid mövqe mövcud deyil. Yəni, ayırıcı xətləri yarada bilən bir Qərb deyil. Məsələn, daxili işlərə qarışmamaqla bağlı İtaliya mövqe ortaya qoydu və Azərbaycanın xarici siyasət instituti İtaliyanın bu addımının başda Fransa olmaqla bir çox Avropa dövlətlərinə nümunə olmasının vacibliyini vurğuladı. Öz dövlətlərinin bayraqları, beynəlxalq hüququn təməl prinsipləri qalıb kənarda əllərinə iki bayraq alıblar, biri rəngarəng, digəri isə artıq deməkdən özlərinin çeynədikləri və sanki bilərəkdən hörmətdən saldıqları, monotonlaşdırdıqları insan hüquqları. Qərbə qarşı ona görə daha sərt ritorika, acı deyil istifadə edirik ki, ortada ikili standartlar var. Ermənistanda insanlar siyasi baxışına görə təqib olunanda, mediaya təzyiqlər olanda görmürlər, Azərbaycanla bağlı isə qarışqadan fil düzəldirlər. Narahat olmasınlar, biz də unutmadan məhz bu amili də, Culian Assanc məsələsini xatırlatmaqla da Blinkenin diqqətinə çatdırmışıq, çatdırdığımızı da bir daha vurğuladıq".

Şəbnəm Həsənova qeyd edib ki, Ermənistanın şərti sərhəddə möhkəmləndirilməsi, Qərb ölkələrinin Qafqazda sülhün pozulmasının öz maraqları prizmasından yanaşması ən yaxşı ssenaridə belə birinci elə məhz Ermənistan üçün heç nəyi dəyişən deyil.

"Növbəti müharibənin olması sadəcə zamanı keçmiş silahların indi də Ermənistan ərazisində utilizasiyası ilə nəticələnək. Bu cəhdlərin hər biri regionda sülhə və stabilliyə maneədir ki, Azərbaycan da məhz buna qarşıdır. Ermənistanın konstitution dəyişikliyə getməsi nəinki vacibdir, həm də labüddür. Çünki, müdafiə etdiyiniz ərazi bütövlüyünün pozulması məsələsi həm dəstək verməyə, indi isə həm də onu məhv etməyə cəhd etdiyiniz bu dövlətin ana maddələr toplusuna qədər qaldırılıb".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.