4 Aprel 2024 03:48
Dünyada qızılın qiymətləri bir unsiya üçün 2 315 dollara qədər artaraq tarixi maksimuma çatıb.
Metbuat.az-ın məlumatına görə, qiymətli metalın qiyməti ilk dəfə 2 300 dollar həddini keçərək 1 unsiyası üçün 2 305 dollar təşkil edib. Təhlükəsiz aktiv hesab edilən qızıl fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artımı həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusundan qaynaqlanır.
Pik nöqtəsinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% artaraq bir unsiya üçün 2,324 dollara satılıb.